Ukrayna Baş Kəşfiyyat İdarəsi (ГУР) Moskva vilayətində yerləşən “Koltsevoy” neft kəmərini sıradan çıxarıb.
Bizim.Media xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Məlumata görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində Rusiyanın ordu üçün strateji əhəmiyyət daşıyan “Koltsevoy” neft kəməri fəaliyyətini dayandırıb.
Qeyd edək ki, sözügedən kəmər Rusiya ordusunu yanacaq resursları ilə təmin edirdi.
Bizim.Media































































































