Trampdan Bayden haqda SƏRT AÇIQLAMA: “Onun sayəsində Rusiya Ukraynanı ələ keçirəcək”

Trampdan Bayden haqda SƏRT AÇIQLAMA: “Onun sayəsində Rusiya Ukraynanı ələ keçirəcək”

Hazırda oxunan: Trampdan Bayden haqda SƏRT AÇIQLAMA: “Onun sayəsində Rusiya Ukraynanı ələ keçirəcək”

57822

ABŞ-dakı demokratlar bir ildən sonra ölkənin xarici siyasətini elə vəziyyətə gətiriblər ki, Rusiya Ukraynaya nəzarəti ələ keçirə bilər, Çin isə Tayvanı hədələyir.

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Texas ştatının Konro şəhərində tərəfdarları qarşısında belə bəyanatla çıxış edib.

“ABŞ prezidenti Co Bayden, Palata spikeri Nensi Pelosi və Senatda Demokratik əksəriyyətin lideri Çak Şumerin bu ölkəyə etdikləri pisliyin adı belə yoxdur”, deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, inflyasiya “havaya qalxıb”, benzinin qiyməti yüksəlib, tədarük zəncirləri dağılıb:

“Baş verənlərə inana bilərdinizmi? Almağa heç nə yoxdur, rəflər boşdur. Mən kitab yazmışam, amma daha çap etmək mümkün deyil: nə kağız var, nə də mürəkkəb. Qətllərin sayı artır, milyonlarla qeyri-qanuni miqrantlar ölkəyə daxil olur. Çin Tayvanı hədələyir, İran nüvə bombası istehsal etmək üzrədir, Rusiya Ukraynanı nəzarətə götürə bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO