Tramp Baydenin Zelenski ilə telefon danışığını ələ saldı

Tramp Baydenin Zelenski ilə telefon danışığını ələ saldı

Hazırda oxunan: Tramp Baydenin Zelenski ilə telefon danışığını ələ saldı

57809

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ-ın Texas ştatında keçirilən mitinqdə xələfi Co Bayden və ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığını uğursuz adlandırıb. 

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, hər iki lider Ukrayna sərhədləri yaxınlığında rus qoşunlarının təhlükəsi və “işğal” ehtimalı ilə bağlı məsələlərdə fərqli fikirdə olub.

“Onların dediklərinin yarısı belə doğrudursa, bu, uğurlu telefon zəngi deyildi”, - Tramp bildirib.

“Ukrayna prezidenti deyəsən Baydenə  “Sakit ol, sadəcə sakitləş. Məncə, bizdə hər şey yaxşıdır. Sadəcə sakit ol” deyib. Sizcə buna inanmaq olar?”. O, əlavə edib.

Birləşmiş Ştatlar Rusiyanın istənilən an hücuma keçməyə qadir olduğunu iddia edir, diplomatların bir hissəsini Ukraynadan çıxarır və digər həmvətənlərini tələsik oranı tərk etməyə çağırır. 

Kiyev açıq şəkildə amerikalıları çaxnaşma yaratmamağı deyir və vəziyyəti daha yaxşı anladıqlarını bildirir. 

Rusiya qonşu ölkəyə qarşı hər hansı aqressiv planları rədd edir. Moskva qeyd edir ki, heç kəsi təhdid etmir və heç kimə hücum etmək niyyətində deyil.

Onların fikrincə, “Rusiya təcavüzü” ilə bağlı bəyanatlar Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikası yerləşdirmək üçün bəhanə kimi istifadə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO