Qazaxıstanda Tokayevin sabiq müşaviri qətlə yetirildi

Qazaxıstanda Tokayevin sabiq müşaviri qətlə yetirildi

Hazırda oxunan: Qazaxıstanda Tokayevin sabiq müşaviri qətlə yetirildi

577969

Bu gün səhər saatlarında Qazaxıstanda prezident Kasım-Jomart Tokayevin keçmiş müşaviri, sabiq dövlət rəsmisi Yerjan Babakumarov öldürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə ulysmedia.kz saytı yazıb.

Mənbə qeyd edir ki, Babakumarov bu gecə Astanada öldürülənə qədər döyülüb:

“Şübhəli şəxs saxlanılıb. Polis bildirib ki, rəsmi açıqlama hazırlanır, hazırda əlavə təfərrüatlar yoxdur.”

Orda.kz portalının məlumatına görə, Babakumarov 1990-cı illərdə Almatı meri aparatında fəaliyyətə başlayıb. Daha sonra Prezident Administrasiyasına keçərək daxili siyasətə nəzarət edib və Nazarbayev dövründə İnformasiya Mərkəzinə rəhbərlik edib.

2006-cı ildə mədəniyyət nazirinin müavini vəzifəsinə təyin olunub, sonradan baş nazirin aparatında çalışıb.

2019-cu ildə Kasım-Jomart Tokayevin komandasına daxil olaraq onun müşaviri təyin edilib. Onun son vəzifəsi Prezident yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin direktoru olub.

Yerjan Babakumarovun 56 yaşı var idi. Onun həyat yoldaşı, bir oğlu və bir qızı qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO