Bu gecə Ukrayna dronları Rusiyanın 3 zavodunu hədəfə alıb.
Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.
Hücum nəticəsində zərbə alan obyektlər bunlardır:
“NS-Oil” neft emalı zavodu – Ulyanovsk vilayətində yerləşir, illik emal gücü təxminən 600 min ton təşkil edir.
“Stavrolen” MMC kimya müəssisəsi – Stavropol diyarının Budyonnovsk şəhərində yerləşir; burada polietilen, polipropilen, vinilasetat, benzol və digər kimyəvi maddələr istehsal olunur.
Mariy El Respublikasının Tabaşino qəsəbəsindəki neft emalı zavodu – illik 1,6 milyon tondan çox nefti emal etmək gücünə malikdir.
Bundan əlavə, Rusiya tərəfindən işğal olunmuş Krımda da yanğın hadisələri qeydə alınıb.
Xüsusilə Simferopol şəhərində yerləşən neft bazası, Qvardeysk qəsəbəsindəki “ATAN” neft bazası.
Bu obyekt 17 oktyabrda da vurulmuşdu və o zaman bir neçə gün yanmışdı.
“Krımskiy veter” (Krım küləyi) adlı monitorinq qrupunun məlumatına görə, Simferopoldakı neft bazası Rusiya işğalçı ordusunun yanacaqla təminatında aktiv şəkildə istifadə olunur.
Dünən orada dron hücumlarından qorunmaq üçün xüsusi tədbirlər görülüb, yanacaq daşıyan maşınlar intensiv hərəkətə keçib.
Bizim.Media






























































































