Rusiyada azərbaycanlı generala hökm oxundu

Rusiyada azərbaycanlı generala hökm oxundu

Hazırda oxunan: Rusiyada azərbaycanlı generala hökm oxundu

577689

Rostov-na-Donu Qarnizon Hərbi Məhkəməsi Rusiya Milli Qvardiyasının Təchizat İdarəsinin keçmiş rəis müavini, əslən azərbaycanlı olan general-mayor Mirzə Mirzəyevi 9 il müddətinə azadlıqdan məhrum edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Kommersant” yayıb. 

53 yaşlı M.Mirzəyev külli miqdarda rüşvət almaqda təqsirli bilinib. O, cəzasını ciddi rejimli koloniyada çəkəcək. 

İstintaq məlumatına əsasən, general-mayor 2023-cü ildə anbar inşası üçün modullar istehsal edən şirkətin rəhbərliyindən 140 milyon rubl məbləğində rüşvət alıb. 

Xatırladaq ki, general 2024-cü ilin noyabrında Moskvada həbs edilmişdi. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO