Lukaşenko: “Azərbaycan və Ermənistan arasındakı sülh uzunmüddətli olacaq”

Lukaşenko: “Azərbaycan və Ermənistan arasındakı sülh uzunmüddətli olacaq”

Hazırda oxunan: Lukaşenko: “Azərbaycan və Ermənistan arasındakı sülh uzunmüddətli olacaq”

577626

Qəzza sektorundakı və Azərbaycan-Ermənistan arasındakı münaqişələrin həlli uzunmüddətli olacaq.

Bizim.Media xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko III Minsk Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında deyib.

“Son vaxtlar bir sıra köhnə münaqişələrin həllinə nail olunub, mən isə ümid edirəm ki, bu həll uzunmüddətli olacaq… Azərbaycan və Ermənistan sülh sazişi paraflanıb. Qəzzada iki illik müharibə dayandırılıb. Bu yalnız başlanğıcdır. Amma ümid edirik ki, yaxşı bir başlanğıcdır,” – deyə Belarus lideri əlavə edib.

Onun sözlərinə görə, digər isti nöqtələrdə isə ümid işığı görünmür.

Xatırladaq ki, konfrans Belarusun paytaxtında 28–29 oktyabr tarixlərində keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO