Ərdoğandan Türkiyədəki güclü zəlzələ ilə bağlı AÇIQLAMA

Ərdoğandan Türkiyədəki güclü zəlzələ ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Ərdoğandan Türkiyədəki güclü zəlzələ ilə bağlı AÇIQLAMA

577570

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ ilə bağlı açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ərdoğan “X” sosial şəbəkəsində paylaşım edib.
Türkiyə lideri zəlzələdən zərərçəkən vətəndaşlara “keçmiş olsun” arzularını çatdırıb.

“AFAD başda olmaqla bütün aidiyyəti qurumlarımız bölgədə araşdırma və nəzarət işlərini diqqətlə aparırlar. Biz prosesi yaxından izləyirik. Allah ölkəmizi və millətimizi hər cür bəladan qorusun”, – deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, dünən yerli vaxtla saat 22:48-də Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO