Starmer Trampa ÇAĞIRIŞ ETDİ: “Çini Rusiya neftindən imtina etməyə inandırsın”

Starmer Trampa ÇAĞIRIŞ ETDİ: “Çini Rusiya neftindən imtina etməyə inandırsın”

Hazırda oxunan: Starmer Trampa ÇAĞIRIŞ ETDİ: “Çini Rusiya neftindən imtina etməyə inandırsın”

577537

Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampı Çini Rusiya neftindən imtina etməyə inandırmağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Böyük Britaniyanın baş naziri bildirib ki, Tramp ilə telefonla danışaraq Çinə təzyiq göstərilməsinin vacibliyini müzakirə edib.

Nəşr yazır ki, məqsəd Moskvanın üzərində iqtisadi təzyiqi davam etdirmək üçün Pekinin Rusiya neftinin alışını dayandırmasıdır.
 

“O, bu həftə Si Cinpinlə görüşəcək. Trampla məhz bu qarşıdakı görüş barədə danışdım və hesab edirəm ki, bu görüş bu baxımdan çox vacibdir”, – deyə Starmer qeyd edib.


Baş nazir əlavə edib ki, ötən həftə Hindistan və Çinin də Rusiya neftindən asılılıqlarını azaltmaları onu təəccübləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO