Əfqanıstan və Pakistan nümayəndə heyətləri İstanbulda keçirilən danışıqlarda bir sıra məsələlər üzrə razılıq əldə ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə “Anadolu” agentliyi yazıb.
İki ölkənin nümayəndələri Türkiyənin bu nəhəng şəhərində görüş keçirib, burada sərhəd böhranının həlli yolları və 19 oktyabrda Dohada əldə olunmuş atəşkəs rejiminə əməl olunması üçün şəraitin yaradılması müzakirə olunub.
Agentlik qeyd edir ki, tərəflər məsləhətləşmələri davam etdirəcəklər.
Danışıqların nəticələrinə əsasən birgə bəyanatın dərc olunacağı bildirilir.
Bizim.Media































































































