Moskva Azərbaycanla humanitar əlaqələri bərpa etmək istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bəyan edib.
“Rusiya Azərbaycan tərəfdaşları kimi humanitar əlaqələrin bərpasına eyni dərəcədə hazırdır. Ölkələr arasında mədəniyyət sahəsində münasibətlərin yenidən qurulmasına elə ciddi maneələr yoxdur,” – deyə Şvıdkoy bildirib.
Onun sözlərinə görə, Rusiya ilə Azərbaycanı əsrlərlə uzanan ortaq tarix birləşdirir, xalqlar çox sıx ailə bağları ilə əlaqəlidirlər və hər iki ölkə üçün cəmiyyətin təməlini təşkil edən mənəvi-əxlaqi dəyərləri paylaşırlar.
Bizim.Media



































































































