Əgər Rusiyada ərzaq məhsullarının qiymətləri uzunmüddətli müqavilələrdə sabitlənərsə, bu, həmin malların təchizatında problemlərə səbəb ola bilər.
Bizim.Media “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bu barədə Pərakəndə Ticarət Şirkətləri Assosiasiyası (AKORT) kənd təsərrüfatı naziri Oksana Luta göndərdiyi məktubda xəbərdarlıq edib.
Pərakəndə satıcılar nazirliyin “Ticarət fəaliyyətinin dövlət tənzimlənməsinin əsasları haqqında” qanuna təklif etdiyi düzəlişlərdən narahatdırlar.
Yeni normalar sosial əhəmiyyətli mallar üzrə ticarət şəbəkələrinin təchizatçılarla sabit qiymətlərlə bağladıqları birbaşa uzunmüddətli müqavilələrin payını qanunvericilik səviyyəsində müəyyənləşdirməyi nəzərdə tutur.
Assosiasiya məktubda keçmişdə baş verən qarabaşaq, şəkər, günəbaxan yağı və yumurta qiymətlərindəki kəskin dəyişmələri misal gətirərək qeyd edir ki, belə hallar proqnozlaşdırılması çətin və inzibati yolla tənzimlənməsi mümkün olmayan proseslərdir. Onların qarşısını almaq cəhdləri isə çox vaxt tənzimlənən məhsulların “kölgə bazarına” axınına gətirib çıxarır.
“Buna görə də layihənin məqsədi kimi göstərilən ‘bazar qiymətlərinin sabitliyinin təmin edilməsi’ (bazar iqtisadiyyatı şəraitində) reallıqda mümkün görünmür”, — deyə AKORT nümayəndələri bildiriblər.
Bizim.Media




































































































