Argentinada prezidentin partiyası seçkilərdə qalib gəldi

Argentinada prezidentin partiyası seçkilərdə qalib gəldi

Hazırda oxunan: Argentinada prezidentin partiyası seçkilərdə qalib gəldi

577372

Argentina Prezidenti Xavyer Mileyin rəhbərlik etdiyi La Libertad Avanza (“Azadlıq irəliləyir”) partiyası Konqresə keçirilən aralıq seçkilərdə səslərin 95%-i hesablandıqdan sonra 40,84% səs toplayıb. Onun əsas rəqibi “Fuerza Patria” partiyası isə 31,67% səs qazanıb.

Bizim.Media xəbər verir ki, bu barədə The Guardian yazıb.

Seçkilərin yekunlarına görə Miley Konqresdə çoxluğu əldə etməsə də, nəticə gözləniləndən daha yüksək olub.

Seçkilərdə parlamentin aşağı palatasındakı 257 yerdən 127-si, eləcə də senatdakı 72 yerdən 24-ü uğrunda mübarizə aparılıb.

Mileyin partiyası aşağı palatada 64 yer, senatda isə 12 yer qazanıb. Bu nəticə “La Libertad Avanza” partiyasına aşağı palatanın ən azı üçdə birini təmin edərək prezidentin veto hüququnu qorumağa imkan verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO