Zelenski: “Ukrayna Fransadan əlavə “Mirage” qırıcı təyyarələri alacaq”

Zelenski: “Ukrayna Fransadan əlavə “Mirage” qırıcı təyyarələri alacaq”

Hazırda oxunan: Zelenski: “Ukrayna Fransadan əlavə “Mirage” qırıcı təyyarələri alacaq”

577357

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Fransadan əlavə “Mirage” qırıcı təyyarələri alacaq, Böyük Britaniya isə ölkəyə hava hücumundan müdafiə sistemlərinin tədarükünü davam etdirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yayımladığı axşam videomüraciətində məlumat verib.

“Böyük Britaniya və Fransaya xüsusi təşəkkür etmək istərdim. Ukrayna üçün əlavə “Mirage” qırıcıları və hava hücumundan müdafiə raketləri ilə bağlı qərar qəbul edilib. Britaniya hava hücumundan müdafiə, o cümlədən raketlərin və ələ keçirən dronların istehsalı sahəsində bizə kömək etməyə davam edəcək”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

Qeyd edək ki, Kiyev ilk fransız istehsalı “Mirage” qırıcılarını 2025-ci ilin fevralında Parisdən alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO