Niderlandda ermənipərəst siyasətçi qadın təhlükəsiz yerə təxliyə edildi - FOTO

Niderlandda ermənipərəst siyasətçi qadın təhlükəsiz yerə təxliyə edildi - FOTO

Hazırda oxunan: Niderlandda ermənipərəst siyasətçi qadın təhlükəsiz yerə təxliyə edildi - FOTO

577337

Hakim koalisiyada olan Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının lideri Dilan Yeşilgöz Amsterdamdakı evinin yaxınlığında şübhəli vəziyyət barədə məlumatın yayılmasından sonra oktyabrın 25-i axşam seçkiqabağı müzakirələrdən sonra təhlükəsiz yerə təxliyə edilib.

Bizim.Media NPO telekanalına istinadən xəbər verir ki, Yeşilgöz evə ancaq gecə saatlarında qayıda bilib.

Siyasətçinin sözlərinə görə, potensial təhlükə, ilkin məlumata görə, guya mütəşəkkil cinayətkar qrupun fəaliyyəti ilə bağlıdır. Oktyabrın 29-a təyin edilmiş növbədənkənar parlament seçkiləri ərəfəsində baş verən hadisənin seçki kampaniyasına necə təsir etdiyi sualına Yeşilgöz istehza ilə cavab verib: "İndi gözünün altındakı qara dairələri örtmək üçün daha çox makiyaj edirəm".

Əslən Türkiyədən olan qadın siyasətçi İsrailə davamlı dəstək verir və Fələstini müdafiə edən hər kəsi "antisemit" elan edir. O, ictimai yerlərdə hicabın qadağan olunmasının tərəfdarıdır. Mühacir mənşəli olmasına baxmayaraq, o, immiqrantlara qarşı sərt siyasətin sadiq müdafiəçisidir.

Yeşilgöz Ermənistanın işğalçılıq siyasətini və PKK terror təşkilatını dəstəkləyənlərdən biridir. Onun qarşısında çəkdirdiyi fotoda 1990-cı ildə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ ərazisini işğalı zamanı əlində AK-47 Kalaşnikov avtomatı tutan 106 yaşlı erməni qadın əks olunub. (Report.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO