Fırtına səbəbindən Avstraliyada təxminən 90 min ev işıqsız qalıb, elektrik kəsilməsi xüsusilə Viktoriya və Kvinslend ştatlarına təsir edib.
Bizim.Media xəbər verir ki, bu barədə "ABC" və "The Australian" məlumat yayıb.
Qeyd olunub ki, Kvinslenddə 67 mindən çox ev axşam saat 19:00-a (Bakı vaxtı ilə 14:00) qaranlığa qərq olub. Ştatın bir sıra digər şəhərlərinin də qasırğadan təsirlənəcəyi ehtimal edilir.
"ABC" telekanalının məlumatına görə, Viktoriya ştatında elektrik enerjisinin kəsilməsi 25 mindən çox evə təsir edib. Ən çox ştatın paytaxtı Melburn və qərb bölgəsi zərər çəkib.
Avstraliya Meteorologiya Bürosunun baş sinoptikçisi Miriam Bredberinin sözlərinə görə, güclü yağış daşqınlara səbəb ola bilər. O əlavə edib ki, mövcud hava şəraiti gələn həftə ərzində də davam edə bilər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
00:47 / 27.10.2025
Avstraliyada fırtına 90 mindən çox evi işıqsız qoydu
Hazırda oxunan: Avstraliyada fırtına 90 mindən çox evi işıqsız qoydu
Hazırda oxunan: Avstraliyada fırtına 90 mindən çox evi işıqsız qoydu
577329
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































