Sudanda döyüşlər şiddətlənir - Ordu qərargahı ələ keçirildi

Sudanda döyüşlər şiddətlənir - Ordu qərargahı ələ keçirildi

Hazırda oxunan: Sudanda döyüşlər şiddətlənir - Ordu qərargahı ələ keçirildi

577311

Sudanın Şimali Darfur bölgəsində mühasirədə olan əl-Fəşər şəhərində döyüşlər intensivləşib.

Bizim.Media xəbər verir ki, bu barədə Aljazeera məlumat yayıb.

Sürətli Dəstək Qüvvələri (Rapid Support Forces - RSF) adlı yarımhərbi qrup hökumətə sadiq Sudan Silahlı Qüvvələrinin qərb bölgəsindəki son dayaq nöqtəsi sayılan hərbi bazanı ələ keçirdiyini bəyan edib.

RSF sözçüsü bazar günü verdiyi açıqlamada bildirib ki, “qüvvələrimiz əl-Fəşərdəki 6-cı Diviziyanı azad etməyi bacardı, bu strateji hərbi bazaya tam nəzarət qurmaqla ordunun və onun müttəfiqlərinin belini qırdı”.

O, bu hadisəni mühüm dönüş nöqtəsi adlandırıb: “Hərbi bazanı ələ keçirərək bütün sudanlıların azadlıq, sülh və ədalət arzularına uyğun olaraq dövlətin inşasına aparan yolda uğur qazanırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO