"NATO Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiya ilə dialoq aparmağa hazırdır. Lakin vəziyyət gərginləşsə, bu, Rusiyaya baha başa gələcək".
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu fikirləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
“Heç kim silahlı münaqişədə maraqlı deyil. Siyasi həll hər birimiz üçün sərfəlidir. Ancaq biz ən pis ssenariyə də hazırıq.
Rusiya növbəti dəfə Ukraynaya qarşı güc tətbiq etsə, iqtisadi və siyasi sanksiyalarla bunun əvəzini ödəməli olacaq. Biz Ukraynaya onun özünümüdafiə hüququnu dəstəkləmək üçün yardım göstərəcəyik”, - o bildirib.
Y.Stoltenberq əlavə edib ki, NATO-nun bütün müttəfiqləri Ukraynanı müdafiə etməyə hazırdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:36 / 29.01.2022
NATO-dan Moksvaya XƏBƏRDARLIQ: “Bu, Rusiyaya baha başa gələcək”
Hazırda oxunan: NATO-dan Moksvaya XƏBƏRDARLIQ: “Bu, Rusiyaya baha başa gələcək”
Hazırda oxunan: NATO-dan Moksvaya XƏBƏRDARLIQ: “Bu, Rusiyaya baha başa gələcək”
57731
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.