PKK terror təşkilatı Türkiyə ərazisindəki qüvvələrini çıxarmaqla yanaşı, İraqın şimalındakı sərhəd bölgəsində yerləşən bəzi düşərgələri də tərk edəcək.
Bizim.Media xəbər verir ki, bu iddia ilə NTV telekanalı çıxış edib.
Telekanal öz iddiasını PKK-nın Türkiyədən çıxdığına dair yaydığı bəyanata əsaslandırır. Bəyanatda qeyd edilir ki, münaqişə və ya təxribat potensialı olan sərhəd boyu mövqelərdə də oxşar tədbirlər görülür.
Bildirilir ki, söhbət İraqın şimalındakı Zap və Metina bölgələrindəki düşərgələrin, həmçinin sərhəd zonasında PKK tərəfindən aktiv istifadə edilən mağaraların boşaldılmasından gedə bilər.
Qeyd edilir ki, İraq-Türkiyə sərhədi boyunca dağlıq ərazilərdə yerləşən yeddi böyük düşərgəsi var.
Xatırladaq ki, PKK bu gün Türkiyədəki fəaliyyətlərini tamamilə dayandırdığını açıqlayıb.

Bizim.Media





























































































