Kiyevə kütləvi dron hücumu - 26 yaralı var - VİDEO

Kiyevə kütləvi dron hücumu - 26 yaralı var - VİDEO

Hazırda oxunan: Kiyevə kütləvi dron hücumu - 26 yaralı var - VİDEO

577226

Oktyabrın 26-na keçən gecə Rusiya ordusu Kiyevə kütləvi dron hücumu həyata keçirib.

Bizim.Media "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, hücum nəticəsində paytaxtda yanğın və dağıntılar baş verib.

Məlumata görə, altı uşaq olmaqla 26 nəfər yaralanıb. Zərbələr əsasən Desnyanski və Obolonski rayonlarına dəyib.
 

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, saat 02:23 radələrində Kiyev istiqamətinə bir qrup “Şahed” tipli kamikadze dronu hərəkət edib. Bir neçə dəqiqə sonra paytaxt Kiyevdə hava həyəcanı elan olunub. Saat 2:30-dan başlayaraq şəhərdə partlayış səsləri eşidilib. 


Hadisə yerinə xilasedicilər və tibb briqadaları cəlb olunub.

Xatırladaq ki, oktyabrın 25-nə keçən gecə Rusiya qüvvələri paytaxta Kiyevə ballistik raket zərbələri endirib. Kiyevin üç rayonu, Dneprovski, Desnyanski və Darnitski hücum nəticəsində zərər görüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO