Unikal HƏRRAC: Adi kvadrat 18,5 milyon avroya SATILDI - FOTO

Unikal HƏRRAC: Adi kvadrat 18,5 milyon avroya SATILDI - FOTO

Hazırda oxunan: Unikal HƏRRAC: Adi kvadrat 18,5 milyon avroya SATILDI - FOTO

577074

Parisdə keçirilən hərracda sadə rəsm tablosu unikal qiymətə satılıb.

Bizim.Media xəbər verir ki, hərraca qatılan şəxs mavi rəngli “Qara kvadrat” əsərini demək olar ki, 18,5 milyon avroya alıb.

Tamamilə ultramarin boyası ilə örtülmüş bu tablo fransız rəssam İv Klayn tərəfindən təxminən 60 il əvvəl ABŞ-a səfəri zamanı yaradılıb. “Kaliforniya” adlanan bu əsər təxminən 2 metr hündürlüyündə və 4 metrdən artıq endədir.

Mütəxəssislər qeyd edirlər ki, bu, Klaynın ən monumental işlərindən biridir və satış məbləği Fransada rəssamın əsərləri üçün rekord göstərici olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO