Ukraynada qatarda qumbara partladıldı: Ölənlər və yaralılar var – FOTO

Ukraynada qatarda qumbara partladıldı: Ölənlər və yaralılar var – FOTO

Hazırda oxunan: Ukraynada qatarda qumbara partladıldı: Ölənlər və yaralılar var – FOTO

577005

Ukraynada dəmiryolu stansiyasında qatarda qumbara partladılıb.

Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisə Jitomir vilayətinin Ovruç şəhərində baş verib.

Bildirilib ki, bir nəfər kişi hüquq-mühafizə orqanlarının əməkdaşları fərəfindən saxlanılarkən qumbaranı işə salıb.

İlkin məlumata görə, 4 nəfər ölüb, 12 nəfər yaralanıb. Partlayışın dəqiq səbəbi və digər təfərrüatlar məlum deyil.
 

Şahidlər partlayışın şəhərətrafı qatarda baş verdiyini və həmin şəxsin hüquq-mühafizə orqanlarına müqavimət göstərməyə cəhd etdiyini iddia edir.


Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin təfərrüatlarını araşdırır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO