Putin: “Yeni sanksiyalar Rusiyanın iqtisadi vəziyyətinə təsir göstərməyəcək”

Putin: “Yeni sanksiyalar Rusiyanın iqtisadi vəziyyətinə təsir göstərməyəcək”

Hazırda oxunan: Putin: “Yeni sanksiyalar Rusiyanın iqtisadi vəziyyətinə təsir göstərməyəcək”

576898

“Yeni sanksiyalar Rusiyanın iqtisadi vəziyyətinə əhəmiyyətli təsir göstərməyəcək.

Rusiyanın enerji sektoru müəyyən itkilərə baxmayaraq, özünü inamlı hiss edir”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rus Coğrafiya Cəmiyyətinin XVII qurultayının iclasından sonra jurnalistlərlə görüşdə bildirib.

O qeyd edib ki, ABŞ-ın yeni sanksiyaları Rusiyaya təzyiq göstərmək cəhdidir:

“Özünə hörmət edən heç bir ölkə təzyiq altında heç nə etmir.

Rusiyanın qlobal enerji balansına töhfəsi çox böyükdür. Rusiya və Səudiyyə Ərəbistanı daha çox neft və neft məhsulları satır, ABŞ isə daha çox istehlak edir. Dünya bazarında Rusiya neftinin əvəz olunması vaxt tələb edir”.

Putinin sözlərinə görə, Trampın sanksiyalarla bağlı qərarı dostluqdan uzaq addımdır:

“Bunlar Rusiya–ABŞ münasibətlərini möhkəmləndirmir. Əgər ölkələr təzyiq siyasətindən uzaqlaşıb gələcəyə yönəlmiş ciddi dialoqa keçsələr, Rusiya və ABŞ-ın əməkdaşlıq üçün çoxlu istiqamətləri var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO