Avropa İttifaqı ölkələrinin liderləri 2030-cu ilə qədər Avropanın müdafiə hazırlığını əhəmiyyətli dərəcədə artırmaq barədə razılığa gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin müdafiə hazırlığı məsələsinə həsr olunmuş sammitinin yekun bəyanatında deyilir.
Bildirilib ki, bu da onlara daha müstəqil şəkildə hərəkət etməyə və artan təhdidlərə, o cümlədən Rusiya və Belarusdan gələn təhlükələrə daha effektiv cavab verməyə imkan verəcək.
Sənəddə qeyd edilir ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü və onun Avropa və dünya təhlükəsizliyinə təsirləri Avropa İttifaqı üçün mövcudluq (varlıq) baxımından ciddi bir çağırışdır.
Bizim.Media