Moskva Ermənistanda müxalif siyasətçilərə qarşı aparılan həbslər fonunda, xüsusilə iş adamı Samvel Karapetyan və Gümrü meri Vardan Qukasyanın da həbs edildiyi şəraitdə mövcud olan vəziyyəti diqqətlə izləyir.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, qeyd edib ki, baş verənlər Ermənistanın daxili işidir:
“Biz Gümrüdəki vəziyyəti diqqətlə izləyirik. Bu, respublikanın əhali sayına görə ikinci şəhəridir. Orada Rusiyanın 102-ci hərbi bazası, Baş konsulluğu və “Rossotrudniçestvo”nun filialı yerləşir,” – deyə Zaxarova vurğulayıb.
Rusiya XİN sözçüsü əlavə edib ki, Moskva Rusiya-Ermənistan münasibətlərinə həssaslıqla yanaşır.
Zaxarovanın sözlərinə görə, Ermənistandakı vəziyyət xüsusilə həssas xarakter alır, çünki ölkədə 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkilərinə hazırlıq prosesi gedir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:16 / 23.10.2025
Zaxarova: “Moskva Ermənistandakı vəziyyəti diqqətlə izləyir”
Hazırda oxunan: Zaxarova: “Moskva Ermənistandakı vəziyyəti diqqətlə izləyir”
Hazırda oxunan: Zaxarova: “Moskva Ermənistandakı vəziyyəti diqqətlə izləyir”
576851
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.