Vatikandan LGBT-yə DƏSTƏK - Roma Papası gey uşaqlarla bağlı BƏYANAT VERDİ

Vatikandan LGBT-yə DƏSTƏK - Roma Papası gey uşaqlarla bağlı BƏYANAT VERDİ

Hazırda oxunan: Vatikandan LGBT-yə DƏSTƏK - Roma Papası gey uşaqlarla bağlı BƏYANAT VERDİ

57684

Roma Papası Fransisk eynicinslilərlə bağlı bəyanat verib. Katoliklərin lideri bildirib ki, gey uşaqlar mühakimə olunmalı deyil, əksinə dəstəklənməlidir.

Bizim.Media xəbər verir ki, uşaqların danlanmasına etiraz edən Roma Papası, həmçinin onların seksual oriyentasiyasının da qınaq obyektinə çevrilməməsinə çağırış edib. 
 

MÖVZU İLƏ BAĞLI:

LGBT-nin Qərb yuvası: Postsovet ölkələri üçün hansı planlar hazırlanır?


Fransiskin gey dəstəyi tarixçəsi:

•Daha əvvəl Papa Fransisk geylərin öz ailələri tərəfindən övlad, qardaş, bacı kimi qəbul olunma haqlarının olduğunu deyib.

•Bununla yanaşı Fransisk bildirib ki, kilsə eynicinslilərin nikahını qəbul edə bilməsə də, onların vətəndaş nikahı qaydalarını dəstəkləyə bilər. 

•Fransisk: "Mən kiməm ki, geyləri mühakimə edim?

•Fransisk: "Gey və transseksuallara hörmətlə yanaşmaq lazımdır. Amma məktəblərdə uşaqlara gender özünü təyin etmə nəzəriyyəsinin tədrisi yolverilməzdir".

•2020-ci ilin oktyabrında eynicinslilərin birgə yaşayışına dəstək verən Roma Papası onların mülki partnyorluq qanunu ilə qorunmalı olduğunu deyib.

•Həmçinin Fransisk 2020-ci ildə bəyan edib ki, xristianlar kilsənin təhqir etdiyi eynicinslilərdən üzr istəməlidir.

Qeyd edək ki, bütün bu informasiyalar iki il ərzində dünyanın müxtəlif mətbu orqanlarında manşetlərə çıxıb. Hətta LGBT təbliğatçısı olan məşhur müğənni Madonna da öz "Instagram" hesabında Roma Papasına minnətdarlıq ifadə olunan videolar bölüşüb.

 
Ekspertlərin mövqeyi isə nisbətən fərqlidir:

1. Belə ki, onların bir qrupu Fransiskin LGBT addımlarını katolikliyin qeybə çəkilməkdə olan nüfuzunun bərpası cəhdi, insanları daha çox xristianlığa cəlb etmək, hətta cinsi azlıqlarda Vatikan sevgisi yaratmaq kimi yozurlar. Sübut kimi isə ABŞ və başqa ölkələrdə rep və s. yollarla edilən kilsə çağırışlarını göstərmək olar.

2. İkinci qrup analitiklər bunu masson-illüminat-Vatikan iş birliyi ilə əlaqələndirir ki, hər şey insan nəslinin artmasının qarşısını almağa, xaos və anarxiyaya hesablanıb.

3. Üçüncü qrup mütəxəsislər problemin tarixinə gedir və kilsələrdə pedofilliyin, uşaqlara cinsi istismar, kişilərin uzun müddətli bakirəlikdən yaranma hormon dəyişikliyi ilə həm də psixoloji zərbə almasına diqqət çəkirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO