SON DƏQİQƏ: Rusiyada 11 azərbaycanlı sürücü həbs edildi - FOTO

SON DƏQİQƏ: Rusiyada 11 azərbaycanlı sürücü həbs edildi - FOTO

Hazırda oxunan: SON DƏQİQƏ: Rusiyada 11 azərbaycanlı sürücü həbs edildi - FOTO

576832

Rusiyanın müxtəlif bölgələrinə yük daşıyan 11 azərbaycanlı sürücü Mahaçqala şəhərində Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə sürücülər 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Bizim.Media-nın məlumatına görə, hadisə barədə Vətəninfo.az-a məlumat verən, saxlanılan sürücülərdən Qədirov Nurlan və Ruhlan Həmzə oğlunun qohumu Layiq Qədirov bildirib ki, onların da daxil olduğu sürücülər illərdir Azərbaycanla yanaşı, MDB ölkələri arasında yükdaşıma fəaliyyəti ilə məşğul olublar.
 

“Qohumlarım və digər sürücülər uzun illərdir Azərbaycandan Rusiyaya, eləcə də digər ölkələrə mallar daşıyıblar. Eyni zamanda Rusiyadan da müxtəlif məhsulları Azərbaycana gətiriblər. Bu günə qədər heç bir qanunsuzluqla qarşılaşmamışdılar. Lakin son aylarda Rusiya miqrasiya və sərhəd xidmətlərində ciddi problemlər yaranıb,” – deyə Layiq Qədirov bildirib.


Onun sözlərinə görə, bu gərginliyin əsas səbəbi Rusiya Miqrasiya Xidmətinin mərkəzdən göndərilən əməkdaşlarının sərhəd keçid məntəqələrində qanunsuz davranışları ilə bağlıdır.
Layiq Qədirov hadisənin təfərrüatlarını da açıqlayıb:
 

“Bir neçə gün öncə Nurlan və Ruhlan qardaşları Rusiya ərazisindən Azərbaycana qayıdarkən sərhəd yaxınlığında miqrasiya xidməti əməkdaşları tərəfindən saxlanılıblar. Onların idarə etdikləri yük avtomobilləri müvəqqəti saxlama dayanacağına aparılıb və sürücülərin özləri həbs olunublar.”


Qədirov bildirib ki, sürücülərin ailələri hazırda böyük narahatlıq içindədir və Azərbaycan dövlətindən, xüsusilə də Xarici İşlər Nazirliyi və digər müvafiq qurumlardan məsələyə müdaxilə etmələrini xahiş edirlər.

“Biz dövlətimizə inanırıq. Ümid edirik ki, bu məsələ qısa zamanda araşdırılacaq və qanunsuz olaraq həbs edilən 11 azərbaycanlı sürücü azadlığa buraxılacaq,” – deyə Layiq Qədirov vurğulayıb.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO