Oktyabrın 23-nə keçən gecə Rusiyanın Ryazan şəhərində bir neçə partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Shot Telegram kanalı yayıb.
Məlumata görə, partlayış səsləri həm Ryazanda, həm də Skopin şəhərində eşidilib. Ümumilikdə ən azı 10 partlayış olub.
Kanal iddia edir ki, hadisə zamanı Rusiya HHM qüvvələri hava hədəflərinə atəş açıb, buna görə də zərbə və dağıntıların olmadığı bildirilir.
Məlumatlara görə, Dyaqilevo hərbi aerodromu da hücumun hədəfi ola bilər. Bu aerodromda Tu-95MS, Tu-22M3, Tu-134UBL bombardmançıları və İl-78 yanacaq doldurucu təyyarələri yerləşir.
Aerodromun yaxınlığında 360 saylı aviasiya təmiri zavodu fəaliyyət göstərir.
Ryazan vilayətinin qubernatoru Pavel Malkov bildirib ki, dron qalıqlarının düşməsi nəticəsində bir müəssisənin ərazisində yanğın baş verib. İlkin məlumata görə, xəsarət alan yoxdur, hazırda maddi ziyanın miqyası qiymətləndirilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:05 / 23.10.2025
Ukrayna dronları Ryazan şəhərinə zərbə endirdi - ANBAAN VİDEO
Hazırda oxunan: Ukrayna dronları Ryazan şəhərinə zərbə endirdi - ANBAAN VİDEO
Hazırda oxunan: Ukrayna dronları Ryazan şəhərinə zərbə endirdi - ANBAAN VİDEO
576763
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.