İraqda uşaqların təhlükəsizliyi və psixososial inkişafı üçün risklər əsas gətirilərək “Roblox” oyun platformasının fəaliyyətini qadağan edib.
Bizim.Media xəbər verir ki, bu barədə İraq Rabitə Nazirliyi məlumat yayıb.
Qərar “davamedici monitorinq” nəticəsində qəbul olunub, bu monitorinq uşaq davranışı və mənəvi dəyərlərlə bağlı potensial təhlükələrin mövcudluğunu göstərib.
Buna cavab olaraq Roblox Corp qərarla razılaşmadığını bildirib və onun “platforma haqqında köhnəlmiş təsəvvürlərə” əsaslandığını qeyd edib, həmçinin hökumətlə dialoqa hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, bu ilin əvvəlində platforma ərəb dilli, o cümlədən iraqlı istifadəçilər üçün çat funksiyalarını da müvəqqəti məhdudlaşdırmışdı.
Bizim.Media