Ukrayna ordusu Rusiyanın Bryansk kimya zavoduna zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, zavoda kütləvi kombinə edilmiş raket-aviasiya zərbəsi endirilib, o cümlədən hava bazalı Storm Shadow raketləri də istifadə olunub və bu raketlər Rusiyanın hava hücumundan müdafiə sistemini dəf edib.
Hücumun nəticələri dəqiqləşdirilir.
Qeyd edək ki, Bryansk kimya zavodu Rusiya müdafiə-sənaye kompleksinə daxil olan müəssisədir. Burada barıt, partlayıcı maddələr və raket yanacağı komponentləri istehsal olunur.
Bizim.Media