Moskvada tanınmış kinooperator və rejissor Sergey Politik qətlə yetirilib. Hadisədə Ermənistan vətəndaşı şübhəli bilinir.
Bizim.Media xəbər verir ki, hadisə Moskva şəhərində, rejissorun yaşadığı binanın yaxınlığında baş verib. Sergey Politik 56 yaşında idi.
Bu barədə prodüser Vladimir Stukanov məlumat verib.
O, “VKontakte” sosial şəbəkəsində yazıb: “Yaxşı insan idi. Öz işi ilə məşğul olurdu. Heç kimə pislik etməmişdi. Vəssalam, artıq yoxdur. Siqaret çəkməyə çıxmışdı. Bıçaqladılar.”
Rusiya mediasının məlumatına görə, rejissoru 33 yaşlı Ermənistan vətəndaşı bıçaqlayıb. Onların binanın qarşısında mübahisəsi yaranıb, bundan sonra şübhəli şəxs rejissoru sinəsindən bıçaqlayıb. Politik xəstəxanada dünyasını dəyişib. Cinayətkar hadisə yerindən qaçıb, hazırda axtarışdadır.
Sergey Politik “Qapalı məktəb” serialı, eləcə də “Dayələr”, “Ev ruhu” və “Sinif yoldaşları. Keçmişlər olmur” filmləri üzərində işləyib.
Bizim.Media