"Green Card" üçün qeydiyyat niyə gecikir? - RƏSMİ CAVAB

"Green Card" üçün qeydiyyat niyə gecikir? - RƏSMİ CAVAB

Hazırda oxunan: "Green Card" üçün qeydiyyat niyə gecikir? - RƏSMİ CAVAB

576322

ABŞ-nin "Green Card" (Yaşıl Kart) lotereyası üzrə qeydiyyatın gecikməsi çoxsaylı suallara səbəb olub.

Prosesin gecikməsi səbəbindən rəsmi qeydiyyatın nə vaxt başlayacağı barədə dəqiq tarix hələlik məlum deyil.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı ABŞ-nin Azərbaycandakı səfirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, federal hökumətin fəaliyyətini dayandırdığı dövrdə (şatdaun) ABŞ hökumətinin bir çox vacib olmayan xidmətləri müvəqqəti olaraq dayandırılır:
 

"Yaşıl Kart lotereyası ilə bağlı məlumat almaq üçün hökumət fəaliyyətini bərpa etdikdən sonra yenidən müraciət etmək lazımdır".


Qeyd edək ki, 2025-ci il oktyabrın 1-də ABŞ federal hökuməti 2026-cı maliyyə ilinin həmin gün başlamasına baxmayaraq Konqresin müvafiq maliyyələşdirmə qanunvericiliyini qəbul edə bilməməsi səbəbilə yerli vaxtla saat 00:00-da fəaliyyətini dayandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO