Vatsapda mesajlara limit qoyulacaq

Vatsapda mesajlara limit qoyulacaq

Hazırda oxunan: Vatsapda mesajlara limit qoyulacaq

576158

Vatsap messenceri tanımadığı şəxslərə göndərilən mesajların sayına aylıq limit tətbiq edən yeni sistemi test etməyə başlayıb.

Bizim.Media xəbər verir ki, məqsəd spam mesajların sayını azaltmaqdır.

Yeniliyin həm şəxsi istifadəçilərə, həm də biznes hesablarına aid olduğu bildirilir.
 

Yeni sistemə əsasən, istifadəçilər tanımadıqları şəxslərə yalnız müəyyən sayda mesaj göndərə biləcəklər və əgər cavab almazlarsa, limitə çatdıqda göndəriş dayandırılacaq.


Şirkətin açıqlamasına görə, adi istifadəçilər bu məhdudiyyətləri hiss etməməlidirlər.

Hesab limitə yaxınlaşdıqda isə istifadəçiyə xəbərdarlıq bildirişi göndəriləcək.
 

Hazırda Vatsapda dəqiq limit sayını açıqlamayıb, müxtəlif məhdudiyyət modelləri test edilir.


Yeni sistemin yaxın həftələrdə bir neçə ölkədə sınaqdan keçiriləcəyi bildirilir. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO