Pakistan ölkənin ilk hiperspektral peykini ("HS-1") uğurla kosmosa buraxıb.
Bizim.Media bu barədə Pakistan Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir.
Məlumata görə, "HS-1" yüzlərlə dar spektral diapazonda məlumat əldə etməyə imkan verən qabaqcıl hiper spektral görüntü alma texnologiyası ilə təchiz edilib.
Bu qabiliyyət torpaqdan istifadənin, bitki örtüyünün vəziyyətinin, su ehtiyatlarının və şəhər inkişafının dəqiq monitorinqi və təhlilini həyata keçirməyə imkan verəcək.
Peykin Çin kosmodromundan buraxıldığı bildirilir.
Bizim.Media