Tramp həmkarını “narkobaron” adlandırıb hədələdi

Tramp həmkarını “narkobaron” adlandırıb hədələdi

Hazırda oxunan: Tramp həmkarını “narkobaron” adlandırıb hədələdi

576115

ABŞ Prezidenti Donald Tramp kolumbiyalı həmkarı Qustavo Petronu “narkobaron” adlandırıb.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib:

“O, Kolumbiyada narkotiklərin kütləvi istehsalını güclü şəkildə təşviq edən qanunsuz narkotik lideridir.

Narkoticarət artıq Kolumbiyada ən böyük biznesə çevrilib və Petro bunun qarşısını almaq üçün nəsə etmir.
 

Baxmayaraq ki, ABŞ-dən irimiqyaslı ödənişlərə və subsidiyalar alınır və bu, sadəcə ABŞ-nin davamlı talanmasıdır. Bu gündən Kolumbiyaya belə ödənişlər, yaxud hər hansı başqa ödənişlər, subsidiyalar olmayacaq.


Kolumbiya lideri, bu kimi ölüm sahələrini dərhal bağlasa yaxşı olar. Əks halda, ABŞ onları bağlayacaq və bu, heç də yaxşı sonlanmayacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO