İranda keçmiş və indiki deputatlar HƏBS EDİLDİ

İranda keçmiş və indiki deputatlar HƏBS EDİLDİ

Hazırda oxunan: İranda keçmiş və indiki deputatlar HƏBS EDİLDİ

576082

İranın məhkəmə sistemi keçmiş deputat Mustafa Kəvakibian və hazırkı deputat Əbülfəzl Zöhrəvəndi şərhlərinə görə həbs cəzasına məhkum edib.

Bizim.Media bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Bildirilir ki, parlamentin Milli Təhlükəsizlik Komissiyasının üzvü Zöhrəvənd "milli təhlükəsizliyə qarşı danışmaq" ittihamı ilə 3 ay 1 gün həbs cəzasına məhkum edilib və 3 il şərti cəza alıb.

Onun mediada fəaliyyətinə, müsahibələrə və məqalələr dərc etməsinə iki il müddətinə qadağa qoyub.
 

Cəza verilməsinə səbəb Zöhrəvəndin onlayn söhbətində 12 günlük müharibə ilə bağlı açıqlamaları olub.


Keçmiş deputat Kəvakibian da 14 ay müddətinə azadlıqdan məhrum edilib və cəzanın icrası dörd il müddətinə təxirə salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO