Türkiyə XİN Əfqanıstan ilə Pakistan arasında atəşkəsin əldə olunmasını alqışladı

Türkiyə XİN Əfqanıstan ilə Pakistan arasında atəşkəsin əldə olunmasını alqışladı

Hazırda oxunan: Türkiyə XİN Əfqanıstan ilə Pakistan arasında atəşkəsin əldə olunmasını alqışladı

576080

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstan ilə Pakistan arasında əldə olunan atəşkəslə bağlı açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, nazirliyin açıqlamasında Türkiyə və Qətərin vasitəçiliyi ilə Dohada keçirilən görüşlərdə Əfqanıstanla Pakistan arasında atəşkəsin əldə olunması, eləcə də tərəflər arasında sülh və sabitliyin möhkəmləndirilməsi üçün mexanizmlərin yaradılması qərarının məmnunluqla qarşılandığı bildirilib.

Türkiyə XİN, həmçinin adıçəkilən görüşlərə ev sahibliyi edən Qətərin səylərini yüksək qiymətləndirdiyini vurğulayıb.

“Türkiyə iki qardaş ölkə arasında, eləcə də bölgədə dayanıqlı sülhün və sabitliyin təmin olunması istiqamətində göstərilən səyləri dəstəkləməyə davam edəcək”, - deyə açıqlamada vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO