Pakistan və Əfqanıstan atəşkəs barədə razılığa gəldi

Pakistan və Əfqanıstan atəşkəs barədə razılığa gəldi

Hazırda oxunan: Pakistan və Əfqanıstan atəşkəs barədə razılığa gəldi

576035

Pakistan və Əfqanıstan arasında Dohada keçirilən danışıqlar zamanı dərhal atəşkəsin elan olunması barədə razılıq əldə edilib.

Bizim.Media  xəbər verir ki, bu barədə bəyanat Qətər Xarici İşlər Nazirliyinin “X” hesabında yer alıb.

“Danışıqlar zamanı tərəflər dərhal atəşkəs barədə razılığa gəliblər”, – bəyanatda qeyd olunur.

Sənədi Əfqanıstan və Pakistanın müdafiə nazirləri Məhəmməd Yaqub Mücahid və Xavaca Asif, həmçinin Qətər və Türkiyə nümayəndələri imzalayıblar. Münaqişə tərəflərinin nümayəndə heyətləri atəşkəs rejimini qorumaq və ona tam əməl etmək üçün yaxın günlərdə məsləhətləşmələr aparmağa razılaşıblar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO