ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə Ağ Evdə keçirilən görüşdə uzaqmənzilli qanadlı “Tomahawk” raketləri barədə həmkarına qəti cavab verməyib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti NBC News-a müsahibəsində deyib.
“Yaxşıdır ki, prezident Tramp “yox” demədi, amma bu günə qədər “hə” də deməyib,” – deyə Zelenski bildirib.
Zelenski əlavə edib ki, onun fikrincə, Rusiya “Tomahawk”ların Ukraynaya verilməsindən və Kiyevin onlardan istifadə qərarından ehtiyat edir.
Qeyd edək ki, bu raketlərin Kiyevə verilməsi görüşün əsas mövzularından biri olub.
Danışıqlardan dərhal sonra Zelenski bildirib ki, tərəflər hələlik uzaqmənzilli raketlər barədə “açıq danışmamaq” barədə razılığa gəliblər, çünki “ABŞ eskalasiyanı istəmir”.
Bundan əlavə, Ukrayna lideri ABŞ-a “Tomahawk” əvəzində pilotsuz uçuş aparatları sahəsində əməkdaşlıq təklifi verib. Zelenskinin sözlərinə görə, Vaşinqton Ukrayna dronlarını almaq imkanına malik olacaq.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:00 / 18.10.2025
Zelenski: “Tramp “Tomahawk”la bağlı nə müsbət, nə də mənfi cavab verib” - VİDEO
Hazırda oxunan: Zelenski: “Tramp “Tomahawk”la bağlı nə müsbət, nə də mənfi cavab verib” - VİDEO
Hazırda oxunan: Zelenski: “Tramp “Tomahawk”la bağlı nə müsbət, nə də mənfi cavab verib” - VİDEO
576022
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.