“Utro Dagestana” (“Dağıstan Səhəri” - Rusiyada ekstremist adı alıb - red.) adlı “Telegram” kanalının sahibi Abakar Abakarovun Türkiyədə ölü tapıldığı bildirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Abakarovun meyiti bir neçə gündür qaldığı İstanbulun Eyüpsultan rayonundakı icarə villasında tapılıb. Onu qonaq otağında, qan içində ölü vəziyyətdə villanın təmizlikçisi aşkar edib. Ölüm səbəbi hələ müəyyən edilməyib.
Qeyd edilir ki, villa 6 oktyabr tarixində kirayələnib, 7 oktyabrda isə müşahidə kameralarında onunla birlikdə içəri daxil olan, hələlik şəxsiyyəti müəyyən edilməmiş bir kişinin görüntüləri var.
Abakarovun adı 2022-ci ilin payızında Dağıstandakı etiraz aksiyalarının təşkili, 2023-cü ilin mayında Qur’anın yandırıldığı videonun dərc edilməsi və 2023-cü ilin payızında Mahaçqaladakı antisemit aksiyaların koordinasiyasında hallanıb. O, Dağıstanın “Uytash” hava limanında kütləvi iğtişaşların təşkilində ittiham olunub və 2023-cü ildən federal axtarışda olub.
Abakarov Mahaçqalada doğulub və həyatının böyük hissəsini Rusiyada yaşayıb. Son illərdə əvvəlcə Odessaya, daha sonra İstanbula köçüb. Onun həm islamçı radikallarla, həm də ukraynalı millətçilərlə əlaqələri olduğu bildirilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:54 / 18.10.2025
Rusiyada ekstremist adı alan teleqram kanalının sahibi İstanbulda ölü tapıldı
Hazırda oxunan: Rusiyada ekstremist adı alan teleqram kanalının sahibi İstanbulda ölü tapıldı
Hazırda oxunan: Rusiyada ekstremist adı alan teleqram kanalının sahibi İstanbulda ölü tapıldı
576001
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.