Dünyanın ən ciddi qorunan yerləri

Dünyanın ən ciddi qorunan yerləri

Hazırda oxunan: Dünyanın ən ciddi qorunan yerləri

5760

Dünyada ciddi qorunmağı tələb edən müxtəlif yerlər mvcuddur.  

Bizim.Media həmin yerlərdən bir neçəsini təqdim edir:

ADX həbsxanası

ABŞ-ın Kolorado ştatında yerləşən ADX həbsxanası ən təhlükəli cinayətkarların saxlanıldığı bir həbsxanadır. Bu həbsxana digər kolonlarda intizam problemi yaşayan cinayətkarlar üçün inşa edilmişdir. Bu məqsədlə bura diqqətlə qorunur və hətta dünyanın ən etibarlı həbsxanası kimi  Ginnesin Rekkordlar kitabına düşüb. Burada sərbəst buraxılmağa hazırlaşan cinayətkarlar ən az məhdudiyyət qoyulmuş kameralarda saxlanılır.  Maksimum təhlükəsizlik səviyyəsi olan kameralarda isə  şərtlər daha ciddidir. Belə ki, burada cinayətkarlar iki-üç metrlik kamerada, beton yataqda yatırlar. Pəncərə əvəzinə bir deşik olur.

Vatikan gizli arxivləri

Bu arxivi ziyarət etmək istəyənlər əvvəlcədən ərizə ilə müraciət etməlidir ki, bu prosedur xeyli vaxt aparır. Bu icazə yalnız tədqiqatçı alimlərə verilir. Arxivdə təkcə 35.000 cild qeyd və sənəd var. Burada yerləşən rəflərin uzunluğu 84 km-ə yaxındır. Xristianlıq tarixinin ən sirrli qeydləri Vatikanın gizli arxivində saxlanılır. İsanın əli ilə yazdığı mətnləri, onun günümüzə qədər davam etiyi deyilən soy-kök ağacının təsviri də bu arxivlərdə gizlədildiyi deyilir.

Fort Knox

Bu bina dünyanın ən inkişaf etmiş təhlükəsizlik sistemi ilə təchiz olunub. Silahlı zabitlər buranı ciddi şəkildə qoruyurlar. Pəncərələri xaricdən və içəridən möhürlənib, gülləkeçirməz, odadavamlı və qaranlıqdır. Giriş qapısı 22 tondur və şifrələri gün ərzində bir neçə dəfə dəyişdirilir. Güvənli bölgə mənasını verən “Fort Knox”da ABŞ-a dair bir çox gizli məlumat yer alır. Burada mühüm tarixi sənədlərlə yanaşı tonlarla qızıl saxlanılır.

ABŞ-ın Rezerv Bankı

Bu bank o  qədər əlçatmazdır ki,  digər ölkələr qızıl ehtiyatlarını orada saxlamaq üçün  yer icarəyə götürürlər. Yerin 25 metr dərinliyində inşa edillən bu bank olduqca güclü mühafizə edilir. İçindəki qızılların dəyəri 203 milyon dollardır. İçəriyə yalnız 3 səlahiyyətli şəxs girə bilir. Müəyyən bir hissədən sonra isə içəriyə heç bir işçi deyil, ağıllı robotlar buraxılır. Binada  xüsusi səs tonu tanıma sistemi mövcuddur.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO