Türkiyə və Qətər Talibanla razılığa gəldi – DETALLAR  

Türkiyə və Qətər Talibanla razılığa gəldi – DETALLAR  

Hazırda oxunan: Türkiyə və Qətər Talibanla razılığa gəldi – DETALLAR  

57596

Qətər və Türkiyə Kabil Beynəlxalq Hava Limanının idarə olunması ilə bağlı Talibanla razılığa gəlib. 

Bizim.Media “habertürk”ə istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin (XİN) saytında məlumat verilib. 

Qeyd edək ki, Qətər, Türkiyə və Əfqanıstanın müvəqqəti hökumətinin nümayəndə heyətləri yanvarın 27-də Dohada Kabil Beynəlxalq Hava Limanının idarə edilməsi və istismarı ilə bağlı üçtərəfli görüş keçirib.

Onlar hava limanının idarə edilməsi və istismarı ilə bağlı bir neçə əsas məsələ üzrə razılığa gəliblər. 

Görüş ötən həftə Əfqanıstanın paytaxtı Kabildə tərəflər arasında baş tutan əvvəlki danışıqların davamı kimi keçirilib. Bu danışıqların yekun mərhələsi gələn həftə baş tutacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO