2 ildən bir yetişir, çürüyəndən sonra yeyilir

2 ildən bir yetişir, çürüyəndən sonra yeyilir

Hazırda oxunan: 2 ildən bir yetişir, çürüyəndən sonra yeyilir

575730

Türkiyənin Sivas bölgəsində yetişən və nadir tapıldığı üçün dəyərli sayılan üvəz meyvəsi yenidən bazarlarda yerini alıb.

Bizim.Media xəbər verir ki, avqust və sentyabr aylarında toplanan üvəz, tam yetişdikdən sonra müəyyən müddət saxlanaraq çürüməyə buraxılır və yalnız bundan sonra istehlak olunur. 

Bu özəlliyi ilə diqqət çəkən üvəz, sağlamlıq baxımından da olduqca faydalı hesab olunur.
 

Meyvənin tərkibində olan təbii maddələrin ürək-damar xəstəliklərinə, dəri problemlərinə və həzm sisteminə müsbət təsir etdiyi düşünülür. İki ildən bir daha bolluca yetişən üvəz, ötən il toplanıb saxlandıqdan sonra bu mövsüm yenidən satışa çıxarılıb.


Hazırda Sivas bazarlarında kilosu 300 lirəyə satılan üvəz, xüsusilə təbii şəfa axtaranlar tərəfindən böyük maraq görür. (Sonxeber.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO