Futbol meydançası boyda "ölkə"də nələr baş verir? - VİDEO

Futbol meydançası boyda "ölkə"də nələr baş verir? - VİDEO

Hazırda oxunan: Futbol meydançası boyda "ölkə"də nələr baş verir? - VİDEO

575721

Böyük Britaniya sahilindən 13 kilometr uzaqlıqda yerləşən, sahəsi cəmi bir futbol meydançası qədər olan Silənd (Sealand) 1967-ci ildə Peddi Roy Beyts tərəfindən yaradılıb.

Bizim.Media xəbər verir ki, bu "mikrodövlət"in öz bayrağı, himni, pasportu, valyutası və hətta şahzadəsi var. Siləndin əsası II Dünya müharibəsi zamanı tikilmiş hərbi dəniz platformasında qoyulub. Beyts buranı əvvəlcə radio yayımı üçün istifadə etsə də, sonradan "müstəqil dövlət" elan edib.

Hazırda virtual dövlət kimi mövcudluğunu davam etdirən Silənddə internet vasitəsilə aristokrat titulları, dövlət nişanları olan xatirə əşyaları almaq mümkündür.

Deyilənlərə görə, indi platformada yalnız bir gözətçi yaşayır.

Daha ətraflı Baku TV-nin videomaterialında:



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO