Tacikistan və Qırğızıstan razılığa gəldi - Ərazi münaqişəsi bitir

Tacikistan və Qırğızıstan razılığa gəldi - Ərazi münaqişəsi bitir

Hazırda oxunan: Tacikistan və Qırğızıstan razılığa gəldi - Ərazi münaqişəsi bitir

575642
Qırğızıstan və Tacikistanın sərhədin ümumi hissəsinin daha 17 km-nin müəyyən edilməsi ilə bağlı ilkin razılığa gəlib.
 
Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
 
Batken şəhərində Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə iki ölkənin nümayəndə heyətlərinin topoqrafik işçi qruplarının növbəti iclası keçirilib. Görüş zamanı tərəflər ümumi uzunluğu 17.66 km olan Qırğızıstan-Tacikistan dövlət sərhəd xəttinin keçidinin təsviri layihəsini tamamlayıb və işlərin davam etdirilməsi məqsədilə 2023-cü il üçün görüşlərin qrafiki razılaşdırılıb.
 
İki ölkənin nümayəndə heyətlərinin növbəti görüşü Tacikistanda keçiriləcək.
 
Qırğızıstanla Tacikistan arasında dövlət sərhədinin uzunluğu təqribən 980 km-dir. Sərhədin delimitasiyası üzrə danışıqlar 2002-ci ilin dekabrından davam edir. Hazırda sərhəd xəttinin təxminən 600 km-i müəyyən edilib və dövlətlər tərəfindən qarşılıqlı tanınıb, qalan hissələr mübahisəli hesab olunur. Bu, tərəflər arasında zaman-zaman hərbi toqquşmalara yol açır. Ümumilikdə, 2014-cü ildən bəri Qırğızıstan-Tacikistan sərhədində 10-dan çox ciddi silahlı toqquşma baş verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO