Pentaqon (ABŞ Müdafiə Nazirliyi) demək olar ki, ABŞ-ın bütün aparıcı media qurumlarının giriş buraxılışlarını (press-pass) müsadirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.
Məlumata görə, bu qərar Pentaqonun yeni qaydalarına etiraz edən media nümayəndələrinə qarşı atılıb. Nazirlik jurnalistlərdən yeni öhdəlik sənədini imzalamağı tələb edib. Bu sənədə əsasən, jurnalistlərə yalnız Pentaqonun rəsmi şəkildə təqdim etdiyi məlumatlara çıxış icazə veriləcək, digər mənbələrdən əldə olunan məlumatlardan isə istifadə qadağan ediləcək.
Lakin CNN, The New York Times, Reuters, Associated Press, Washington Post kimi əsas media orqanları bu şərtləri mətbuat azadlığına zidd hesab edərək imzalamaqdan imtina ediblər.
Nəticədə, Pentaqon bu media qurumlarının akkreditasiyalarını ləğv edib, onların müxbirləri artıq Pentaqonun mətbuat brifinqlərinə və daxili məlumat axınına çıxışdan məhrum ediliblər.
Hadisə ABŞ jurnalistləri arasında senzura və dövlətin mətbuat üzərində nəzarətinin artması barədə ciddi narahatlıq doğurub. Media ekspertləri bildiriblər ki, bu addım “soyuq müharibə dövründən bəri görülməmiş səviyyədə informasiya məhdudiyyəti” yaradır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:31 / 16.10.2025
Pentaqon ABŞ-ın tanınmış media qurumlarının akkreditasiyasını ləğv etdi – VİDEO
Hazırda oxunan: Pentaqon ABŞ-ın tanınmış media qurumlarının akkreditasiyasını ləğv etdi – VİDEO
Hazırda oxunan: Pentaqon ABŞ-ın tanınmış media qurumlarının akkreditasiyasını ləğv etdi – VİDEO
575551
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.