ABŞ Prezidenti Donald Tramp jurnalistlərin ona ünvanladığı “Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) Venesuela prezidenti Nikolas Maduronu öldürməyə göstəriş veribsinizmi?” sualını cavabsız qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.
Tramp suala cavabında belə deyib: “Bu mənə veriləcək absurd bir sualdır. Düzünü desəm, sualın özü absurd deyil. Amma mənim ona cavab verməyim absurd olardı.”
Beləliklə, Tramp nə bu iddianı təsdiqləyib, nə də təkzib edib, sadəcə olaraq məsələni şərh etməkdən imtina edib.
Bu açıqlama ABŞ mediasında və beynəlxalq mətbuatda Tramp administrasiyasının Venesuelaya qarşı gizli əməliyyatlara nə dərəcədə cəlb olunduğu barədə yeni müzakirələrə səbəb olub.
Xatırladaq ki, Tramp prezidentliyi dövründə dəfələrlə Maduronu “diktator” adlandırmış və Venesuelada hakimiyyət dəyişikliyini ABŞ-ın açıq məqsədlərindən biri kimi göstərmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:24 / 16.10.2025
Trampdan Maduronun öldürülməsi ilə bağlı suala REAKSİYA - VİDEO
Hazırda oxunan: Trampdan Maduronun öldürülməsi ilə bağlı suala REAKSİYA - VİDEO
Hazırda oxunan: Trampdan Maduronun öldürülməsi ilə bağlı suala REAKSİYA - VİDEO
575550
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.