Ukrayna və Böyük Britaniya arasında “yüzillik” tərəfdaşlıq sazişi QÜVVƏYƏ MİNDİ

Ukrayna və Böyük Britaniya arasında “yüzillik” tərəfdaşlıq sazişi QÜVVƏYƏ MİNDİ

Hazırda oxunan: Ukrayna və Böyük Britaniya arasında “yüzillik” tərəfdaşlıq sazişi QÜVVƏYƏ MİNDİ

575490

Ukrayna və Böyük Britaniya arasında “yüzillik” tərəfdaşlıq haqqında saziş rəsmi olaraq qüvvəyə minib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk sosial şəbəkə hesabında məlumat verib.

“Bu gün Londonda saziş rəsmən qüvvəyə mindi. Bu, ölkələrimiz arasında siyasi etimadın, strateji tərəfdaşlığın və sarsılmaz dostluğun möhkəmlənməsinin tarixi anıdı.
 

Kiyev və London uzun illərdir birgə bir çox sınaqlardan keçib və bu gün təkcə Ukraynanın azadlığı uğrunda deyil, həm də Avropanın təhlükəsizliyi və qlobal nizamın qorunması uğrunda mübarizə aparır. Bu saziş tərəfdaşlığımızın başlanğıcı deyil, onun möhkəmlənməsidir”, - məlumatda qeyd edilib.


Qeyd edək ki, cari ilin yanvarın 16-da Ukrayna və Böyük Britaniya yüzillik tərəfdaşlıq haqqında saziş imzalayıb. Sənəd iki ölkə arasında əməkdaşlıq çərçivəsini 100 il müddətinə genişləndirir, təhlükəsizlik, müdafiə, iqtisadiyyat, elm, texnologiya və mədəniyyət sahələrini əhatə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO