“Rusiyanın imkanlarını şişirtməyə dəyməz”.
Bizim.Media xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib.
O, Rusiyanın hərbi potensialına ironik şəkildə münasibət bildirib:
“Hamıya məlumdur ki, onların qırıcı təyyarə pilotları bu təyyarələri idarə etməkdə bacarıqsızlıqları ilə məşhurdur, gəmilərin kapitanları isə lövbər salmağı belə bacarmırlar,” – deyə Rutte vurğulayıb.
NATO baş katibinin sözlərinə görə, Rusiya ordusunun faktiki texniki və peşəkar səviyyəsi çox vaxt Kremlin yaratdığı təbliğat obrazından xeyli uzaqdır.
O, həmçinin qeyd edib ki, Qərb ölkələri Rusiyanın real hərbi gücünü düzgün qiymətləndirərək, təhlükəsizlik strategiyalarını faktlara əsaslanaraq qurmalıdırlar.
Bizim.Media