Böyük Britaniya Rusiyanın "Lukoil" və "Rosneft" şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Böyük Britaniya Maliyyə Nazirliyinin bəyanatına istinadən bildirib.
London sanksiya siyahısını 90 mövqe genişləndirib.
Xüsusilə Rusiyanın Milli Ödəniş Kartı Sisteminə və 51 gəmiyə sanksiyalar tətbiq edilib.
Xatırladaq ki, "Lukoil" neft şirkətinin qurucusu Rusiyada yaşayan azərbaycanlı iş adamı Vahid Ələkbərovdur.
Bizim.Media